Dünyanın ən bahalı telefonları məlum oldu FOTO

Fins.az türk mətbuatına istinadən dünyanın ən bahalı mobil telefonlarını təqdim edir. Fantastik qiymətə olan telefonlar standart modellərin xüsusi buraxılışıdır. 
 
1) 2862 dollarlıq “iPhone 6” – çəhrayı rəngli cihaz İngiltərədə “Sevgililər günü” münasibəti ilə hazırlanıb.
 
 
2) 88 min dollarlıq “Vertu” – cihaz almazla bəzədilib. 
 
 
3)KMD-nın qızıl və almazlarla bəzədilmiş bu telefonunun qiyməti isə 278 min dollardır
 
 
4) 300 min dollarlıq “Sony Ericsson” – cihaz qırılmaz korpusa və almazdan təşkil olunmuş klaviaturaya malikdir. 
 
 
5) 310 min dollarlıq, “Vertu” və “Nokia”nın birgə məhsulu – Cihaz qiymətli daşlardan və qızıldan ibarətdir. 
 
 
6) 350 min dollarlıq bu telefon – ağ və sarı qızılla örtülmüş bu cihazda 3 min ədəd qiymətli daş mövcuddur. 
 
 
7) 410 min dollarlıq “Vertu” – cihaz çəhrayı rəngli qızıl və almazlarla bəzədilib.
 
 
8) 1,2 milyon dollarlıq “Le Million” – cihazın üst örtüyü ağ qızılla, qalan yerləri isə qiymətli daşlarla bəzədilib. 
 
 
9) 1,3 milyon dollarlıq adsız telefon – Rusiya istehsalı olan cihaz təkcə üzərindəki qiymətli daşlara görə qiymətli deyil. Onun daxilinə yerləşdirilmiş kritoloji sistem telefonun şifrələrini qırmağa imkan vermir. 
 
 
10) 2 milyon avroluq “iPhone 3G” – cihazın səthi almaz və adi qızıldandır. 
 
 
11) 8 milyon dollarlıq “iPhone4” – cihazın səthi almaz və ağ qızıldan ibarətdir.