Şimali Kipr Türk Cümhuriyyətində (KKTC) bazar günü keçirilən seçkilərdə prezident seçilən Mustafa Akınçı, 2 mayda Rum lideri Anastasiadislə görüşəcəyini bildirib. Bu haqda Rum hökumətinin spikeri Nikos Christodoulides məlumat verib. Seçkidən dər hal yeni prezident Akıncıya telefon açan Türkiyə prezidenti Ərdoğan, ona Türkiyənin xarici səfərlərlə bağlı ənənəsini xatırlatmışdı: "Türkiyənin xaricə səfər ənənələrinə uyğun olaraq, dövlət və hökümət başçıları ilk xarici səfərlərini Şimali Kipr Türk Cümhuriyyətinə (KKTC) və Azərbaycana etməlidir. Bu mövzuda xüsusi bir dəvətə ehtiyac yoxdur və sizi Ankarada görmək istədiyimi bildirirəm", deyə Ərdoğan bildirmişdi. Şimali Kipr Türk Cümhuriyyətinin yeni prezidenti Mustafa Akınçı isə öz növbəsində cümə axşamı and içdikdən sonra ilk rəsmi səfərini Ankaraya edəcəyini bildirmişdi.
azadliq.info