Aqil Məhərrəmov
Bu gün öz sadiq mövqeyi, sadiq mübarizәsi ilә ön sıraların insanı olan bir şəxsin -Әli Kәrimlinin doğum günüdür. O, geniş çevrə üçün siyasi bir lider, ölkənin ana müxalifət partiyasının-AXCP-nin sәdridir. Bizim üçün isə daha yaxın və daha doğma biridir. Hər kəs bilir ki, bütün dəyərləri səmimiliyə və təmənnasızlığa dayanan bu siyasi təşkilatda ona olan sayğı əziz bir insana olan sayğıdan fərqli deyil. Elə günümüzün gəncliyini bura cəlb edən əsas amil də məhz o səmimilik və yüksək, saf ideyalara olan inamdır. Bu gün Әli bәyin 50 yaşı tamam olur. 50 illik şәrәfli bir ömür. Onun haqqında deyilәsi çox söz var, lap çox. Mən, ən öncә Әli bәyә tәşәkkür edirәm. Təşəkkür edirəm ki, illərdir öz prinsipial, doğru və qətiyyətli mövqeyindәn bir an olsun belә geri çәkilmәyib. Gerçək mənzərə də ortada. Bu gün ölkәdә real müxalif cəbhənin önündə gedən insan məhz o və rəhbərlik etdiyi partiyadır. Söylədiklərim kimisə qısqandırmaq, incitmək və ya qıcıqlandırmaq üçün deyil. Bu, açıq bir həqiqətdir və onu etiraf etmək də hər bir vicdanlı insanın borcudur. Azәrbaycan fərqli ölkədir. Belə sərt rejimli ölkәlәrdә partiya vә tәşkilatların başında duran şәxsin kimliyi çox önәmlidir. Biz yaxın tariximizdə sıradan çıxan, qırılıb tökülən nә çox sәdrlәr və rәhbәrlәr gördük. Amma o öz gәncliyindən başladığı mübarizә yolunu heç yanlış istiqamətə doğru getmədi. Hər zaman sadiq və sağlam qaldı. Bütün əzablara, qurbanlara baxmayaraq, öz ideyalarından, insanlara verdiyi sədaqət sözündən geri dönmədi. İndi, tәsәvvür edin ki, bu gün Әli Kәrimli vә onun sәdrlik etdiyi partiya yoxdur. Heç olmayıb. Düşünә bilirsinizmi ölkәdәki gerçək mənzərəni? O zaman bəlkə, cib müxalifәti deyilən oyuncaq qruplar günün “real müxalifәti” yerini tutacaqdı. Ya da heç onlar belə olmayacaqdı… Bu gün AXCP-nin, onun liderinin varlığı, prinsipial mübarizәsi kimin kim olduğunu cәmiyyәtә açıq göstәrir. Bu gün bəziləri Әli Kәrimlini radikallığa, prinsipiallığa, israrla meydanlara çıxıb cәmiyyәtin mübarizә әzmini saxladığına görә tәnqid edirlәr. Dolayısı ilə bütün tənqidlər buna yönəlib. Bəli, bura fərqli ölkədir. İnsanları məhz xəyanətə, fərariliyə, qorxaqlığa görə deyil, cəsurluğa, fədakarlığa, dönməzliyə görə ittiham edirlər. Amma bu gün bir çoxları təkcə Әli Kәrimlinin ritorikasını yumşaltmaq üçün nələr vermәyә hazırdırlar! O ritorika ki, onu hər siyasət adamı bacarmaz, buna cәsarәti çatmaz, ürəyi yetməz. O elə buna görə də, biz gənclərin seçdiyi ünvan, inandığı liderdir. Gənc mübarizә yoldaşım Abdulla Mahmudovun sərrast ifadə edilmiş təbrikinə qoşuluram. “50 yaşın mübarәk olsun, bu neçә ildә çoxlarını dәyişәn siyasәtin dәyişә bilmәdiyi, öz sağlam siyasәtini dәyişmәyәn adam!”


