Eldəniz Quliyevdən Əlikram Hümbətova cavab

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Əlikram Hümbətovun qondarma erməni soyqırımı ilə bağlı açıqlamasına kəskin cavab verib. E.Quliyev bu cür münasibəti satqınlıq kimi dəyərləndirib:
 
“Mən bəzi Talış "vətənpərvərlərinin" qurama erməni genosidinə guya "obyektiv" münasibət bildirməsini və bu haqda müxtəlif bəyanatlar vermələrini, mənasız diskusiyalar açmalarını, ən azından, nadanlıq sayıram. Belələr anlamırlar (yaxud qanmırlar!) ki,sərgilədikləri psevdo -humanist mövqe və yalançı insanpərvərlklə öz xalqını zərbə altında qoyurlar!.. Əgər, Ələkrəm Hümbətovun erməni sevgisi ehtiva edən yazılı (deyilənə görə TV çıxışı da var ) yayılan müraciəti həqiqətən olubsa, bunun bircə adı var – satqınlıq! Özü də,bu, Azərbaycandan daha çox, öz xalqına və hətta, xalqından da artıq,- doğma ana südünün halallığına qarşı edilmiş satqınlıqdır.
P.S. Bu mənim şəxsi mövqeyimdi və şübhə etmirəm ki, doğmalarım qədər istədiyim talış qardaş-bacılarım, eləcə də mütərəqqi düşüncəli hörmətli Talış ziyalıları dediklərimin səmimiyyətinə şübhəylə yanaşmayacaqlar”.
Moderator.az