Bakıda bir evdə kişi ilə qadın asılmış halda tapıldı

Bakıda bir evdə iki meyit aşkarlanıb.
 
Hadisə Pirşağı qəsəbəsi, 2-ci Sovxozda, ünvansız tikilidə qeydə alınıb. Həmin ünvanda iki nəfər asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Hazırda hadisə yeri müayinə edilməklə araşdırmalar davam etdirilir.
 
Sabunçu Rayon Prokurorluğundan APA-ya bildirilib ki, meyitləri tapılmış şəxslərin adları artır müəyyənləşib.
 
Araşdırmalar zamanı məlum olub ki, onlar Masallı rayon sakini, 1975-ci il təvəllüdlü Rəna Vaqif qızı Əsgərova və Qubadlı rayon sakini, 1988-ci il təvəllüdlü Razim Rahid oğlu Telmanzadədir.
 
Adıçəkilən şəxslərin intihar edib-etmədiyi araşdırılır.