
Rusiya Dövlət Duması qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı bəyanat qəbul edib. Bəyanatda bildirilir ki, Duma qardaş erməni xalqına və həmin ərəfədə öldürülən digər millətlərin nümayəndələrinə kədərini və təəssüfünü ifadə edir: «Dünyada sülh və təhlükəsizliyin bərqərar olması üçün tarixin mürəkkəb suallarını və beynəlxalq mübahisələri dinс yollarla, həmçinin diplomatik səylərlə həll etmək lazımdır. Deputatlarımız əmindilər ki, Avrasiya qitəsi mehriban qonşuluq və bərabərtərəfli əməkdaşlıq nümunəsi yaratmaq iqtidarındadır. Bunun yolu Avrasiya İqtisadi Birliyi, Şanxaydakı əməkdaşlıq təşkilatı kimi, beynəlxalq qurumların sıx fəaliyyətindən keçir. Bu təşkilatların hədəfi dayanıqlı inkişaf, millətlərin və humanist idealların çiçəklənməsidir».
Gültəkin