Bakıda 180 min manatlıq dələduzluq edən şəxs tutuldu

Bakıda axtarışda olan şəxs tutulub.
 
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə axtarışda olan Cəlilabad rayon sakini, 1977-ci il təvəllüdlü Elşən Xudabaxış oğlu Quliyev tutulub.
E. Quliyev ilkin ifadəsində bizneslə məşğul olduğunu və 180 min manat miqdarında dələduzluq etdiyini bildirib.