ÇL: “Barselona” “Bavariya”ya, “Real” “Yuventus”a rəqib oldu

Bu gün Çempionlar Liqasında 2014/2015 mövsümünün son püşkü atılıb və yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib. 
Çempionlar Liqasının son qalibi "Real" (Madrid) yarımfinalda "Yuventus"la qarşılaşacaq. "Barselona" isə "Bavariya" münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları 5-6 may, cavab qarşılaşmaları isə 12-13 mayda keçiriləcək.
 
Yarımfinal mərhələsinin cütlükləri:
 
"Barselona" (İspaniya) – "Bavariya" (Almaniya)
 
"Yuventus" (İtaliya) – "Real" (Madrid, İspaniya)