ABŞ, pilotsuz döyüş təyyarəsi texnologiyasında daha bir ilkə imza atıb. Belə ki, ABŞ ilk dəfə olaraq pilotsuz döyüş təyyarəsini havada olarkən yanacaqla təmin edib. "Northrop Grumman" şirkəti tərəfindən ABŞ donanması üçün yığılan X-47B tipli yarasa qanadlı pilotsuz döyüş təyyarəsinə havada olarkən təxminən 2 tonluq yanacaq əlavə olunub. Bu yenilik, ABŞ-ın daha uzaq nöqtələrə müdaxilə etməsi üçün daha böyük imkanlar yaradır. azadliq.info


