İtalyan polisi anti-terror əməliyyatı keçirdi

İtalyan polisi, terror təşkilatı "Əl-Qaidə" ilə əlaqəli olduğu iddia edilən qrupa qarşı əməliyyat təşkil edib. Başda Sardiniya adası olmaqla, yeddi müxtəlif bölgədə təşkilatlanan "Əl-Qaidə" ilə əlaqəli olduğu bildirilən qrupa qarşı keçirilən əməliyyatda 18 terrorçu saxlanılıb. Həbs olunan terrorçular arasında, 28 oktyabr 2009-cu il Pakistanın Peşaver şəhərində 100 adamın ölümü ilə nəticələnən terror aktını təşkil edənlərin də olduğu bildirilir.
 
azadlıq.info