“Yəhudi olan Rabayev Zaur Faiq oğlu ilə 2005-ci ildə ailə həyatı qurmuşam və Daniyel adli bir övladım var. 2014-cü ilin may ayına qədər yoldaşım tikintidə fəhlə işləyirdi. May ayının 10-da bayram günü ilə əlaqədar olaraq yoldaşım işə çıxmamışdı. Fəhlə yoldaşının biri yoldaşıma zəng elədi ki, gəl çay içək. Üç gün yoldaşımdan xəbər çıxmadı. Mən yaşadığım yer üzrə Yasamal Polis Idarəsinə müraciət etdim. Oradan mənə bildirdilər ki, yoldaşım narkotik üstə tutulub, Inşaatçılar metrostansiyasından çıxarkən guya, onun üstündə 3 kq narkotik olub. Sonradan məlum oldu ki, bu narkotikdən onun xəbəri yoxdu. Məlum oldu ki, başqasının işini yoldaşımın boynuna atmaq üçün bu iş planlaşdırılıb. Yoldaşımın xalası Israildən təzə gəlmişdi, onun pulu olduğundan məqsəd o olub ki, Zauru tutsunlar və xalasından pul alsınlar. Yoldaşım hazırda Kürdəxanı müvəqqəti saxlanma təcridxanasındadır. Bir il ərzində onların araşdırılması nəticə vermədiyindən, o cümlədən, narkotikin üzərində yoldasimin əl izi və ortada heç bir sübut olmadığından 20.04.2015-ci ildə Baş Prokurorluğa şikayətə getdim. Baş prokurorluqda Nurəli müəllim məni Yasamal rayon prokuroru Rasim müəllimin yanına göndərdi. Rasim müəllim özü də təsdiq elədi ki, ortada heç bir sübut olmadığından işi hələ bağlaya bilmirik. O bildirdi ki, Zauru buraxsaq, gərək polis işçilərinin doqquz nəfərinə qarşı cinayət işi qaldıraq.
Xahiş edirəm ki, yoldaşımın günahsızlığının sübuta yetirilməsi üçün işə yenidən baxılması üçün lazımi tapşırıqlar verilsin. Həyat yoldaşım on bir aydı günahı olmadan Kürdəxanıda həbsdədir. O bu haqsızlığa dözməyərək özünə qəsdlə ağzını tikib və məftillə qarın nahiyəsini deşərək xəstəxanaya düşmüşdü. Bu işin düzgün araşdırılmasını xahiş edirəm".
Sosial şöbə


