Poroşenko NATO-ya üzvlüklə bağlı referendum keçirəcəyini deyir

Ukrayna prezidenti Petro Poroshenko ölkənin NATO-ya üzvlüyü ilə bağlı referendum barədə məsələ qaldıracağını vəd edib. O aprelin 22-də Fransa televiziyasına müsahibəsində bildirib ki, NATO-ya daxil olmaq fundamental məsələdir və o xalqın öz sözünü deməsi üçün referendum keçirəcək. Amma o referendumun vaxtı barədə bir söz deməyib. O həmçinin qeyd edib ki, Ukrayna Avropa ölkəsi olduğundan, Avropa Birliyinə daxil olmaq hökumətin qarşısında duran əsas məsələlərdən biridir, Avropa Ukraynasız tam, bütöv ola bilməz.