Ombudsman müraciətə cavab vermir

Ombudsman Elmira Süleymanova, AXCP fəalı Qadir Xudabaxşıyevin ailəsinin ünvanladığı müraciətə cavab vermir. Bu barədə “Azadlıq”a AXCP fəalının yaxınları məlumat verib. Qadir Xudabaxşıyevin yaxınlarının bildirdiyinə görə, altı gün öncə Ombudsmana müraicət etsələr də, nə Aparatdan hər hansı bir cavab ala biliblər, nə də məhbusla görüşlərinə icazə verilməyib.  Məsələ ilə bağlı Ombudsman Aparatı ilə əlaqə yaratmağa çalışsaq da zənglərimizə cavab verən olmadı.
 
Xatırladaq ki, Qadir Xudabaxşıyev fevralın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb. O, “TT” markalı tapança və güllə sandıqçası saxlamaqda ittiham olunur. Qadir Xudabaxşıyev özü və AXCP itihamı rədd edir, həbsin siyasi motivli olduğunu bildirir.