Əli Kərimli Yaqublu ailəsinə başsağlığı verdi

Nərgiz Yaqublunun vəfatı ilə bağlı AXCP sədri Əli Kərimlinin başsağlığı
 
Nərgizin bu vaxtsız ölümü məni çox sarsıtdı. Dostum Tofiq Yaqublunun ailəsi son illərdə çox acılar çəkmişdi. Nərgizin ölümü isə əsl faciə oldu. Tofiq Yaqublu öz qızları Nigar və Nərgizlə çiyin-çiyinə neçə illər bu ölkədə haqq davası aparıb.
Bu ailə son illərdə çox ağır sınaqlara çəkildi, haqsız, vicdansız məhrumiyyətlərə düçar edildi. Əvvəlcə Nigar həbs edildi, o azadlığa çıxmamış Tofiq bəyin özü də şərlənərək həbs olundu. Tofiq bəyin Şəkidə keçirilən məhkəməsinə gedən həyat yoldaşı Maya xanım avtomobil qəzasına düşüb ağır xəsarət aldı, ölümdən döndü. Bu ailəni son illərdə yalnız Nərgizin bir neçə ay bundan öncə olmuş toyu sevindirmişdi. İndi Nərgiz bütün sevincləri özü ilə götürüb apardı.
Allah bu gənc qızımıza rəhmət etsin! Allah Tofiq Yaqubluya və ailəsinə bu acıya dözmək üçün güc və qüvvət versin! Allah namərd və kəmfürsətlərin gözünü açsın, onlara insaf versin, onları bu anti-insani yoldan çəkindirsin!