
Layihənin ümumi dəyəri $1 mlrd. olacaq ki, bunun da $250 mln.-u Azərbaycan hökumətinin büdcəsindən ayrılacaq.
Həmçinin Azərbaycan hökuməti Dünya Bankından $250-300 mln. həcmində maliyyə yardımı istəyib. Lakin yekun qərar bir neçə aydan sonra qəbul olunacaq.
AİB-in 2015-2017-ci illərdə Azərbaycana dair biznes-planında qeyd olunub ki, bank 2015-2016-cı illərdə Azərbaycanda “Elektrik enerjisinin paylanmasının inkişafı” layihəsini maliyyələşdirəcək. Layihənin reallaşmasına $332 mln. ayrılacaq. Bunun $250 mln.-u AİB-in kreditinin, qalanı isə Azərbaycan hökumətinin öz vəsaitinin payına düşəcək.