Bazarda qanlı dava: ölən var

Bərdədə qətl törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, “Təzə bazar” adlanan ticarət mərkəzində 1980-ci il təvəllüdlü İbrahimov Ceyhun Zeynalabdin oğlu bıçaqlanaraq qətlə yetirilib.
 
İlkin araşdırmalardan sonra C.İbrahimovun Elsevər Cəfərov adlı şəxs tərəfindən bıçaqlanması məlum olub və o tutulub.
 
Qeyd edək ki, hər iki şəxs taksi sürücüsüdür. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.