Mursiyə 20 il həbs cəzası verdilər

Misirin keçmiş prezidenti kütləvi qətllərdə günahlandırılır
 
Misir məhkəməsi respublikanın keçmiş başçısı Məhəmməd Mursiyə 20 il həbs cəzası kəsib. 
 
Mursi 2012-ci ilin dekabr ayında prezident iqamətgahı qarşısında toplanan etirazçıları öldürən Müsəlman Qardaşları tərəfdarlarını qızışdırmaqda günahlandırılır.
 
Mursi hakimiyyətdən 2013-ci ildə baş vermiş hərbi çeviriliş yolu ilə salınıb. 
 
Onun mənsub olduğu Müsəlman Qardaşlar təşkilatı qadağan edildi, minlərlə üzvü həbs olundu, yüzlərlə üzvü isə edama məhkum edildi. (ANS)