Əli əl Nəimi: “Bazardakı payımızı azaltmaycağıq”

Səudiyyə Ərəbistanının neft naziri Əli əl Nəimi, ölkəsinin aprel ayında rekord səviyyəyə yaxın neft çıxardığını, qiymətlərdəki kövrək yüksəlişə baxmayaraq, bazardakı hazırkı mövqelərini qoruyub saxlayacaqlarını bildirib. Nəimi, dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının aprel ayında təxminən gündəlik 10 milyon barel neft hasil etdiyini də vurğulayıb: "Daha əvvəl də qeyd etdiyim kimi, müştərilərimizə istədikləri qədər neft çatdıracağıq. Biz, bazardakı payımızdan məmnunuq.  Xatırladaq ki, OPEC, mart ayında neft hasilatını əvvəlki aylara nisbətən 810 min barel artaraq gündəlik 30.79 milyon barelə çatdırıb. Əksər ekspertlər OPEK-in bu addımını neft qiymətlərində enişə səbəb olacağını bildirir.
 
azadliq.info