Bakıda güclü yanğın – 6 maşın kül oldu VİDEO

Bakının Yasamal rayonu Tbilisi prospektində yerləşən yarımtikilidə güclü yanğın baş verib. Modern.az saytı xəbər verir ki, alov maşınlara da keçib. Belə ki, yanğın nəticəsində ərazidəki 6  avtomobil yanaraq, külə dönüb. FHN-nin yanğınsöndürmə briqadaları yanğının digər tikililərə keçməsinin qarşısını almağa çalışıblar. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, təcili tibbi yardım avtomobilləri, o cümlədən post patrul xidmətinin əməkdaşları gəliblər.