Beynəlxalq Bankdan Cahangir Hacıyevə “sürpriz”

Azərbaycan Beynəlxalq Bankı “Bank Technique” üçün güzəştləri ləğv edib.
 
“Marja” xəbər verir ki, bu gün “Bank Technique”, kart müştərilərinə bu barədə xəbərdarlıq edib. 
“Azərbaycan Beynəlxalq Bankının bankomantlarından nağd çıxarış əməliyyatları üzrə güzəşt aprel ayının 20-dən ləğv olunacaq. Yəni, bu gündən etibarən “Bank Technique”in kart sahibləri Beynəlxalq Bankın bankomantlarından pul çıxartdıqda onlardan faiz tululacaq”,- xəbərdarlıqda deyilir.
İndiyədək “Bank Technique” kartlarının sahibləri Beynəlxalq Bankın bankomantlarından nağd çıxarışı faizsiz həyata keçirə bilirdilər.