Lukaşenko da Putini boykot etdi

Belarus prezidenti Moskvadakı parada getməyəcək
 
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, mayın 9-da Moskvada keçiriləcəyi parada qatılmayacaq və həmin günü Minskdə özü parad qəbul edəcək. «Moskvada olduğu kimi bizim də öz paradımız olacaq. Ali baş komandandan başqa paradı heç kim qəbul edə bilməz», – deyə Lukaşenko bildirib. 
Lukaşenko qeyd edib ki, mayın 7-8-də Belarus nümayəndə heyəti ilə Moskvaya gedəcək və rus xalqına həmrəyliyini nümayiş etdirəcək. Belarus prezidenti Naməlum Əsgərin məzarı üzərinə əklil qoyulması mərasimində iştirak edəcəyini də istisna etməyib. 
azadlıq.info