Azərbaycan iqtisadiyyatı SOS siqnalı verir!

Kənd təsərrüfatı üzrə ekspert  Vahid Məhərrəmov

İxrac kəskin şəkildə azalır, idxal rəqəmləri isə qorxu doğurur.  Gömrük Komitəsi  2015-ci ilin birinci rübünə dair xarici ticarətin gömrük statistikasını açıqlayıb.  Verilən statistikaya görə 2015-ci ilin ilk 3 ayı ərzində  ixrac əməliyyatları 2014-cü ilin  müvafiq dövrünə nisbətən 37.07% azalmış, idxal əməliyyatları isə əvvəlki ilin müvafiq dövrünə  nisbətən 37.66% artmışdır.
Ən betəri odur ki,  bu ilin ilk 3 ayı ərzində keçən ilin anoloji dövrünə nisbətən yeyinti  məhsulları idxalı 19.94 faiz artıb. Bu göstəricilərdə isə, çox pis hal odur ki, idxal məhsulları sırasında yer alan əsasən strateji əhəmiyyət kəsb edən ərzaq malları və kənd təsərrüfatı məhsullarıdır. Belə ki, keçən ilin anoloji dövrünə nisbətən dənli bitkilər idxal ı- 73.76 faiz; o cümlədən əsasən çörək  və çörək məhsulları istehsalı üçün nəzərdə tutulan  buğda idxalı – 68.97 faiz, unüyütmə-yarma sənayesi məhsulları; səməni; nişastalar; inulin;  buğda kleykovinası – 39.20%, ət  idxalı -10.12 faiz, həmçinin əsasən kəsim üçün gətirilən diri heyvanların idxalı- 56.97%, süd məhsulları; quş yumurtası; təbii bal, başqa yerdə adı çəkilməyən və təsnif olunmayan heyvan  mənşəli ərzaq məhsulları – 12,66%; o cümlədən süd – 6.20%, kərə yağı  – 48.43%, yeməli  meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları- 456.14%, meyvə-tərəvəz-  194.07%,  müxtəlif ərzaq məhsulları idxalı -28.11faiz artmışdı. 
Dünya bazarında ərzaq mallarının qiymətində artım olmadığını nəzərə alaraq, tam əminliklə qeyd etmək olar ki,  idxal olunan məhsullarin dəyər ifadəsi ilə yanaşı, həm də fiziki həcmi artıb.