Aprelin 20-də Luksemburqda Avropa İttifaqı (Aİ) və "Şərq Tərəfdaşlığı" ölkələri ixarici işlər nazirləri arasında görüş keçiriləcək. Aİ saytın;n verdiyi məlumata görə, konfrans Aİ Xarici Əlaqələr Şurasının iclası çərçivəsində baş tutacaq. Konfransa Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndə Federika Mogerini sədrlik edəcək. Görüdə, əsasən mayın 21-22-də Riqada keçiriləcək "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələləri müzakirə olunacaq. Konfransda Aİ-nin Latın Amerikası və Karib dənizi ölkələri ilə münasibətləri, Liviya, Yəmən məsələsi və İranın nüvə proqramı üzrə danışılar müzakirə ediləcək. Tədbirdə Azərbaycan da təmsil olunacaq. (apa)


