BMT: “Bir ildə Donbasda 6 mindən çox adam həlak olub”

Yüzlərlə insan itkin düşmüş sayılır, yüzlərlə cəsəd hələ tanınmayıb
 
Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Ukraynanın güney-şərqində 2014-cü ilin aprelindən bəri münaqişə nəticəsndə 6116 nəfər öldürülüb, 15 474 nəfər yaralanıb.
 
Strateq.az xarici KİV-ə isnadən bildirir ki, BMT-nin insan hüquqları üzrə idarəsinin mətbuat katibi Ravina Şamdasani bunların təxmini məlumat  olduğunu qeyd edib. Real rəqəmlər isə xeyli yüksək ola bilər, çünki yüzlərlə insan itkin düşmüş sayılır, yüzlərlə cəsəd isə hələ tanınmayıb. BMT təmsilçisi deyib ki, toqquşma həm münaqişə zonasında, həm də bütün ölkədə ukraynalıların gündəlik həyatına təsir edir.