Komitə sədri hakim ailəyə məxsus otelin inşasını «Eurovision-2012»-yə qədər başa çatdırmalıdır
Əmlak məsələləri üzrə dövlət komitəsinin sədri Kərəm Həsənovun başı dərddədir. Komitə sədri Milli Məclisin qarşısındakı otelin (“Titanik”) inşasını Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə qədər başa çatdırmalıdır.
Bu barədə ”Azadlıq”a məlumat verən şəxs bildirib ki, Kərəm Həsənov işi deyilən vaxtda başa çatdırmayacağı təqdirdə cəzalandırılacaq. Komitə sədrinin özü də bu barədə xəbərdarlıq edilib. Mənbənin sözlərinə görə, Kərəm Həsənov ona görə narahat olub ki, sahibi olduğu “Azinko” şirkətinin “Titanik”in inşasını “Eurovision-2012” mahnı müsabiqəsinə qədər başa çatdıracağı müşkül məsələdir. Çünki bu şirkət həm də ”Eurovision-2012” mahnı müsabiqəsi üçün arena tikməyi üzərinə götürüb. Iki nəhəng tikilinin 8 aya başa çatdırılması isə çox çətindir.
Oxucuların diqqətinə çatdıraq ki, Milli Məclisin qarşısında inşa edilən sözügedən otel hakim ailəyə məxsusdur.
Informasiya şöbəsi