“Əl-Qaidə” Yəməndə hərbi düşərgəni ələ keçirdi

“Əl-Qaidə” silahlıları Yəməndə hərbi düşərgəni ələ keçirib. Yerli hökumət faktı təsdiqləyib.
 
Qeyd olunur ki, terrorçuların əlinə xeyli sayda ağır silah keçib.
 
Bundan əvvəl “Əl-Qaidə” silahlıları Yəmənin cənubunda iri hava və dəniz limanı, habelə neft bazasını ələ keçirmişdilər. (apa)