Aprelin 16-da Rumuniyada ABŞ və İngiltərənin qatıldığı NATO təlimləri Rusiyanın ciddi narahatçılığına səbəb olub. Rusiya xarici işlər naziri Sergey Lavrov, ABŞ-ın bölgədə raketdən müdafiə sistemləri qurduğu ölkələrə, yarana biləcək istənilən xoşagəlməz hadisə zamanı əsas hədəf olacaqlarını bildirib. Rusiya Silahlı Qüvvələri Baş qərargah rəisi general Valery Gerasimov da Rumuniya və Polşanı "Raketdən müdafiə sistemləri qurulan ölkələr prioritetli hədəfiniz olacaq", deyə hədələyib. Rumuniyanın baş naziri Viktor Ponta isə ölkəsinə qarşı təhdidlərə "Tvitter" üzərindən belə münasibət bildirib: "Rus səlahiyyətlilərinin bizə qarşı ittihamlarını qətiyyətlə rədd edirəm. Rusiya bizi qorxuda bilməz. Strategiyamızda heç bir dəyişiklik olmayacaq", deyə bildirib.
azadliq.info