Ukraynada daha bir jurnalist öldürüldü

Ukraynada  “Neteşinski Vestnik” qəzetinin baş redaktoru Olqa Moroz qətlə yetirili. Jurnalistin üzərində zorakılıq əlamətləri olan meyiti Xmelnitsk vilayətindəki evində tapılıb. 
 
35 min sakini olan Neteşin şəhərində baş verən cinayət faktı ilə bağlı Ukrayna polisi hərəkətə keçib. Qeyd edək ki, bu bir həftə ərzində qətlə yetirilən 4-cü jurnalistdir. Ötən gün Ukraynada jurnalistlər Oles Buzina və Sergey Suxobok da naməlum şəxslər tərəfindən öldürülüblər.