Təyyarədə bomba həyəcanı

İstanbuldan Bazelə uçan təyyarədə bomba qoyulması barədə məlumat daxil olub
İstanbul-Bazel uçuşlarını həyata keçirən Türkiyə Hava Yollarına məxsus “Boing-737” təyyarəsində bomba həyəcanı yaşanıb. Təyyarə Bolqarıstan səmasında olarkən bomba bərədə məlumat daxil olub.
 
Pilota dərhal geri dönmək əmri verilib. Təyyarə Atatürk Hava Limanına geri dönüb.
 
Hazırda verilən bomba xəbəri araşdırılır. Təyyarədə axtarış aparılır. (ANS)