Beynəlxalq Valyuta Fondunun sabiq prezidenti həbs olundu

İspaniyalı siyasətçi, Beynəlxalq Valyuta Fondunun sabiq prezidenti Rodriqo Rado aprelin 16-da həbs olunub.
 
BBC xəbər verir ki, o, dələduzluqda və çirkli pulların yuyulmasında şübhəli bilinir.
 
KİV-in məlumatına görə, ötən gün saxlanılan şəxsin Madriddəki ofisində və onun əlaqəli olduğu vəkil kontorunda yoxlamalar aparılıb və "ən azı beş qutu material" götürülüb.
 
Amma bir neçə saatdan sonra polis heç bir ittiham irəli sürmədən siyasətçini sərbəst buraxıb.
 
66 yaşlı Rado Beynəlxalq Valyuta Fonduna 2004-2007-ci illərdə rəhbərlik edib.(report.az)