Məlum sənədin Türkiyə-Avropa Birliyi münasibətlərinə zərər verəcəyini, həmçinin Ankara ilə Yerevan arasında uzlaşmaya mənfi təsir göstərəcəyini deyən Davudoğlu Avropa Parlamentinin bu qərarını rədd etdiklərini bildirib. Baş nazir əlavə edib ki, Avropa və ətraf bölgələrdə münaqişələrin getdiyi bir vaxtda Türkiyə ilə Avropa qurumları arasında əməkdaşlıq ən yüksək səviyyədə olmalı idi. Avropa Parlamenti isə «erməni soyqırımını» tanımaqla bunun əksinə hərəkət edib.
Gültəkin


