Türkiyə baş nazirinin erməni müşaviri Etyen Mahçupyan vəzifəsindən azad edilib. Türkiyə mətbuatının yazdığına görə, işdən uzaqlaşdırılma Mahçupyanın yaşı ilə bağlıdır. Əhməd Davudoğlu baş nazir olandan sonra müşavir vəzifəsinə təyin edilən Mahçupyanın «erməni soyqırımı» ilə bağlı son açıqlamaları mübahisələrə səbəb olmuşdu. Mahçupyan bildirmişdi ki, Bosnya və Afrikada baş verənlərə soyqırım deyilirsə, 1915-ci il olaylarına da bu qiymət verilməlidir. Roma Papasının məlum bəyanatından sonra da açıqlama verən Mahçupyan bildirib ki, katoliklərin dini liderinin bu vaxta qədər «soyqırım» sözünü işlətməməsinə irad bildirmək lazım deyil: «Vatikan üzərindəki 100 illik psixoloji basqıdan qurtulmuş oldu. «Niyə bu sözü 100 ildən sonra dilə gətirdi» deməkdənsə, «bu qədər müddətdə necə dirəniş göstərib» demək lazımdır».
Mahçupyan özü açıqlama verərək yaşı ilə əlaqədər indi yox, martın 9-da işdən azad edildiyini və hazırda xaricdə olduğunu bildirib.
Gültəkin


