Elşən Mustafayevin həbs müddəti uzadılıb

Aprelin 16-da Səbayel Rayon Məhkəməsi Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafayevin həbs müddətini daha 4 ay uzadıb.
 
Vəkil Əfqan Məmmədovun məlumatına görə, məhkəmə qərarı istintaqın təqdimatı əsasında qəbul edilib.
 
Xatırladaq ki,  E.Mustafayev 2014-cü il dekabrın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
 
Qeyri-rəsmi məlumatlara görə, söhbət İranın xeyrinə casusluqdan gedir. Lakin hələlik buna sübut yoxdur. (contact.az)