Konqresə nüvə danışıqlarına dair yeni səlahiyyət verildi

Senatın Xarici Əlaqələr Komitəsi, Konqresə İranla nüvə müzakirələrində əldə olunacaq razılaşmanı ratifikasiya ütmək və ya rədd etmək hüququ verən layihəni yekdilliklə qəbul edib. Artıq İran, Konqresə tanınan bu hüquqa münasibət bildirib. Xəbərə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Afham, ABŞ Konqresinə İranla nüvə müzakirələrinin nəticəsi olaraq əldə olunacaq razılaşmanı ratifikasiya və ya rədd hüququ veriləməsini belə dəyərləndirib: "Biz, hökumətlərlə işləyirik.
Hökumətlər, beynəlxalq öhdəliklərin həyata keçirilməsinə məsuldur",-deyə sözçü bildirib.
 
azadliq.info