İtaliya hökuməti “soyqırım” tədbirlərinə qatılmayacaq

“İtaliya hökuməti Vatikanla Türkiyə arasında yaranan siyasi qarşıdurmada seçimini edib. Roma Papanın “açıq” danışmaq haqqını müdafiə edib. Lakin rəsmi Roma həmçinin iki qərar qəbul edib: Türkiyənin hisslərinə hörmərlə yanaşaraq “soyqırım” sözü işlədilməsin və aprelin 24-də Yerevanda keçirilən tədbirlərə hökumətin nümayəndə heyəti qatılmasın. Bununla da Roma ölkənin milli maraqlarının (Türkiyə ilə siyasi və iqtisadi münasibətlər) müdafiəsinə qalxıb. 
Ancaq İtaliya Ermənistana parlament nümayəndə heyətini göndərəcək.
azadlıq.info