Rusiyanın ən varlı adamı açıqlandı

«İnterros» şirkətinin rəhbəri Vladimir Potanin Rusiyanın ən varlı adamı seçilib. «Forbes»in dərc etdiyi siyahıda Rusiyanın ən varlı 200 rus biznesmeninin adı var. Jurnalın yazdığına görə, Potaninin sərvəti 15,4 milyard dollardır. Ötən il siyahının 8-ci pilləsində yer alan V.Potanin bir il ərzində qazancını 2,8 milyard artırmaqla liderliyi ələ keçirib. İkinci yerin sahibi «Alfa-qrup»un rəhbəri Mixail Fridmandır. İlk onluğa Viktor Vekselberq (14,2 mld.), Aleksey Mordaşov (13 mld.), Vahid Ələkbərov (12,2 mld.), Leonid Mixelson (11,7 mld.), Vladimir Lisin (11,6 mld.), Gennadi Timçenko (10,7 mld.) və Mixail Proxorov (9,9 mld.) da düşüb. Biznesmen Roman Abramoviç 9,1 milyardlıq sərvətlə 12-ci yerdədir.
 
Gültəkin