Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarına yekun vurulub. ikinci oyun günündə keçirilən görüşlərdə eyni hesab qeydə alınıb. Bu mərhələyə qədər inamla irəliləyən “Portu” öz meydanında “Bavariya”nı qəbul edib. Matçın favoriti Münhen klubu hesab olunsa da, Portuqaliya təmsilçisi inamlı qələbə qazana bilib. Oyunda hesabı meydan sahibləri açdı. 3-cü dəqiqədə Quarejma penaltidən fəqrləndi. 7 dəqiqə sonra Quarejma dubl etdi. 28-ci dəqiqədə Alkantara fərqi azaltdı. Lakin ikinci hissədə meydan sahibləri daha bir top vuraraq növbəti oyun ərəfəsində böyük üstünlük əldə etdi.
Digər görüşdə isə PSJ və “Barselona” klubları üz-üzə gəldi. Qrup mərhələsində də qarşılaşan bu komandalar öz meydanlarında qələbə qazana bilmişdilər. Bu dəfə isə Kataloniya təmsilçiləri. Oyunda bütün qolları "Barsa" oyunçuları vurdu. Neymarın 1, suaresin isə 2 qolu ilə "Barsa" üstünlük əld etsə də, Matye avtoqol müəllifi oldu. Lakin bu top "PSJ" oyunçusu Van der Vilin adına yazıldı.