Universitetlərdə imtahanların vaxtı dəyişdi

Təhsil naziri Mikayıl Cabbarov “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb.
 
Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Əmrə əsasən, 2015-ci ildə Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar paytaxtda yerləşən ali təhsil müəssisələrində yaz semestrinin imtahan sessiyasının mayın 11-də başlanılması və mayın 31-də sona çatdırılması qərara alınıb.