Səhhətilə bağlı işdən azad edillən bankirin «Bank Technique»nin Idarə Heyətinin sədrliyinə gətirləcəyi deyilir
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin sabiq sədri Cahangir Hacıyev “Bank Technique” ASC-nin Idarə Heyətinin sədri vəzifəsinə gətirilir.
Bu barədə Lent.az-a “Bank Technique”dəki mənbə məlumat verib. Mənbə bildirib ki, yaxın günlərdə Müşahidə Şurasının müvafiq qərarı ilə Cahangir Hacıyev bu vəzifəyə təyin olunacaq.
Qeyd edək ki, martın 18-də Cahangir Hacıyev səhhətilə əlaqədar öz ərizəsilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyətinin sədri vəzifəsindən istefa veriib. Aprelin 2-də ASC-nin səhmdarlarının ümumi yığıncağı keçirilib və Cahangir Hacıyevin ərizəsi təmin edilib. Hazırda “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Idarə Heyəti sədrinin vəzifəsini sədrin birinci müavini Emil Mustafayev icra edir.
Maraqlıdır ki, səhhətilə əlaqədar iri bir bankın rəhbərliyindən istefa verən Cahangir Hacıyev yeni vəzifəyə təyin olunur. Görünür, “Azərbaycan Beynəlxalq Bankı”ndan fərqli olaraq “Bank Technique”ni sağlam olmadan da idarə etmək olar.


