Goranboy sakini minaya düşdü, ayağı qopdu

Azərbaycan vətəndaşı qoşunların təmas xəttinə yaxın ərazidə minaya düşüb.
 
“Report”un məlumatına görə, Goranboy rayonunun Zeybə kənd sakini, 1994-cü il təvəllüdlü Nurlan Nüğəddin oğlu Kərimov piyada əleyhinə minaya düşərək ağır bədən xəsarətləri alıb.
 
Goranboy Rayon İcra Hakimiyyəti başcısının birinci müavini Elçin Cahangirov sayta açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, yaralı rayon mərkəzi xəstəxanasına aparılıb.
 
N.Kərimovun sol ayağı amputasiya olunub.