Paytaxtda yanğın törətmək istəyən şəxs tutulub. Daxili İşlər Nazirliyinin saytında bildirilir ki, Nəsimi Rayon Polis İdarəsi 22-ci bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Elvin Kərimova məxsus klubu yandırmağa cəhd göstərmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əzizov saxlanılıb. Araşdırma aparılır.


