Dünyanın ən zəngin adamlarından biri – meksikalı milyarder Karlos Slim şəxsi neft şirkətini qurub. «Forbes»ə görə, K.Slim dünyanın ikinci zəngin adamıdır. Onun qurduğu yeni şirkət «Carso Oil&Gas» adı altında fəaliyyət göstrəcək. Şirkətin səhmlərinin ümumi dəyəri 230 milyon dollardır. Səhmçilər arasında Slimə məxsus «Carso Infraestructura», «Construccion y Perforacion i Condumex Perforaciones» də var. Meksikalı milyarderin əsas biznesini ölkəsinin, həmçinin Latın Amerikasının telekommunakasiya bazarı təşkil edir. Onun nəzarətində «America Movil», «Telcel» və «Telmex» kimi, şirkətlər də var.
Gültəkin


