Çexiya prezidenti Miloş Zeman impiçment təhlükəsi ilə üz-üzədir. Ölkə Senatı prezidentin istefası ilə bağlı petisiya qəbul edib. On min imza toplanandan sonra Zemanın impiçmenti ilə bağlı prosedur başladılıсaq. Senat prezident Zemanı vətənə xəyanət etməkdə ittiham edir.
Bu ilin martında 11 min çexiyalı fəal Senata M.Zemanın istefası ilə bağlı petisiya təqdim edib. Fəallar prezidenti rusiyönlü xariсi siyasət yürütməkdə, ölkənin milli maraqların satmaqda və dünyada Çexiyanın şərəfli adını təhqir etməkdə ittiham ediblər. Petisiyanın müəllifi Mixail Mayznerin dediyinə görə, Miloş Zemanın fikirlərində rus təbliğatı açıq-aşkar görünür. Bu isə ölkə Konstitusiyasına ziddir və ölkənin təhlükəsizliyini təhdid edir.
M.Zemanla bağlı son narazılıq onun Rusiyanın paradla bağlı dəvətini qəbul etməsindən sonra ortaya çıxdı. Kremlə müsbət cavabından sonra ABŞ-ın Çexiyadakı səfiri Endryu Şapiro prezidenti tənqid edərək bildirdi ki, dəvəti qəbul etmək Qərbin Ukrayna ilə bağlı mövqeyinə ziddir. Zeman bu tənqidə cavab olaraq ABŞ səfirinə rezidensiyasına gəlmək qadağası qoydu. Həmçinin bildirdi ki, hansısa səfirin ABŞ prezidentinə hara gedib-getməmək barədə göstəriş verə biləcəyinə inanmır. Bu səbəbdən də, səfir Şapiro onun səfər proqramına müdaxilə etməməli idi. Çexiyanın baş naziri Boquslav Sobotka prezidentin ABŞ səfiriylə bağlı mövqeyini qeyri-adekvat adlandıraraq Zemanı daxili siyasət və diplomatiyaya daha peşəkar yanaşmağa çağırdı. Baş nazirin fikrincə, Çexiya öz qərar və addımlarında ilk öncə milli maraqlarını, həmçinin Avropa Birliyi və Qərbin bir hissəsi olduğunu unutmamalıdır.
Bütün bu iradlardan sonra prezident Zeman paradda iştirak getməyəcəyini bəyan etdi. Prezident bildirdi ki, mayın 8-də Moskvaya yollanacaq, bir gün sonra da, savaşda ölən əsgərlərin xatirəsini yad edib parada qatılmadan geri qayıdacaq.
Gültəkin


