Yəməndə Əl-Qaidə lideri öldürüldü

ABŞ onun yerini bildirəcək şəxsə 50 miyon dollar pul mükafatı vəd etmişdi.
Yəməndə hökm sürən döyüşlərdə Əl-Qaidə lideri məhv edilib. Beynəlxalq terror təşkilatı Əl-Qaidənin ideolji lideri hesab edilən İbrahim əl-Rubaiş pilotsuz təyyarələrdən birinin açdığı atəş nəticəsində öldürülüb. 
 
Əl-Qaidə nümayəndələri əl-Rubaişin bir neçə döyüşçü ilə birlikdə Yəmənin cənub-şərqində öldürüldüyü barədə xəbər yayıb. 
 
Bundan əvvəl, Amerika Birləşmiş Ştatları (ABŞ) əl-Rubaişin yerini bildirəcək şəxsə 50 miyon dollar pul mükafatı vəd etmişdi.
 
O, 2002-ci ildə yaxalanaraq Quantanamo həbsxnanasında saxlanıldıqdan sonra 2006-cı ilə sərbəst buraxılmışdı. 
 
Həbsdən sonra yenidən terror fəaliyyətinə qayıdan əl-Rubaiş 2013-cü ildən bəri Yəməndəki Əl-Qaidənin liderlərindən biri kimi tanınırdı. (ans)