Vatikan və Türkiyə arasında münasibətlər gərginləşməkdə davam edir. Artıq Türkiyənin Vatikan səfirini geri çağırmasına Roma papası münasibət bildirib. Katoliklərin ruhani lideri sabah ayinində, hadisələri adı ilə çağırmaq gərəkdiyini vurğulayıb. Hal-hazırda kilsənin mesajının səmimiliyə və xristian cəsarətinə gedən bir yol olduğunu ifadə edən Papa, bu istiqamətdə susmayacaqlarına da işarə edib: "Gördüyümüz və eşitdiyimiz mövzularda səssiz qala bilmərik",- deyə papa bildirib.
azadliq.info