Əsədi devirmə planı işlənir

ABŞ-ın "Huffington Post" qəzeti, Türkiyə ilə Səudiyyə Ərəbistanının Əsəd rejimini yıxmaq üçün danışıqlar apardığını iddi edib. Qəzet, Türkiyənin Əsədə qarşı döyüşən üsyançılara qurudan, Səudiyyə Ərəbistanının isə hava hücumları ilə dəstək olacağını iddi edir. Qəzet eyni zamanda, Ankara ilə Riyad arasında vasitəçilik edən Qatar Əmri Tamim Bin Hamad Əl Taninin, fevralda Ağ Ev-ə səfəri zamanı bu plan haqda ABŞ prezidenti Barak Obamanı xəbərdar etdiyini də yazır. Qəzetin başqa bir mənbədən əldə etdiyi məlumata görə isə, danışıqların uğurla davam edəcəyi halda, ABŞ dəstək verməsə belə, Türkiyə və Səudiyyə Ərəbistanı Suriyaya müdaxilə edəcək.
 
azadliq.info