Avropa Parlamenti sədrinin müavini Antonio Tajani, aprelin 15-də AP-də səsverməyə təqdim ediləcək "erməni soyqırımı" iddialarının bütün Avropa Birliyi (AB) üzvü olan ölkələr tərəfindən tanıması ilə bağlı layihə haqqında açıqlama verib: "Biz müasir deyil, 100 il əvvəlki Türkiyəni cəzalandırmağı düşünürük. Bəziləri türklərə zərər versə, türk olduqları üçün kökünü qazsa, onlar üçün də eyni addımlar atarıq. Türkiyə, "erməni soyqırımını" qəbul etməklə əhəmiyyətini itirməz".
"Ərdoğan panərəbizmə meyillənib"
Türkiyənin regional əhəmiyyətinə diqqət çəkən Tajani, İŞİD terror təşkilatının bölgəyə nüfuz etməsinin, regional gücə çevrilməməsinin qarşısını almaq üçün Türkiyənin nə etməli olduğuna da toxunub:
"Bu, Avropanın olduğu qədər, Türkiyənin də içində olduğu bir oyundur. Türkiyə nə etməli? AB-yə girmək istəyirdi, amma bəlkə biz onlara qarşı çox sərt münasibət göstərdik. Ərdoğan isə, Avropa xəttindəki liderlik mövqeyini dəyişdirib, daha çox pan-ərəb lider oldu. Ərdoğan bəlkə də Osmanlı İmperatorluğunu yenidən bərpa olunmasını xəyal edir. Türkiyə hər zaman Qərbin dostu olub, İsrail ilə yaxşı əlaqələrə malik dövlət kimi tanınıb. Ümid edirəm ki, Türkiyə Avropanın qarşısında problemə çevrilməz. Bizim üçün əhəmiyyətli olan bölgənin sabitliyidir. Hesab edirəm ki, Türkiyədən ərəb lideri çıxmaz", deyə Antonio Tajani bildirib.
azadlıq.info


