Mərkəzi Bankın ehtiyyatları 4 milyard azaldı

Hazırda Mərkəzi Bankın valyuta ehtiyyatları 9 milyard 472 milyon dollardır
 
Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyyatları azalıb.
 
ANS PRESS-in AMB-nin saytına istinadla verdiyi məlumata görə, baş bankın valyuta ehtiyyatları 31.12.2014 tarixindən bu yana 4 milyard 238 milyon dollar azalıb. 
 
Hazırda Mərkəzi Bankın valyuta ehtiyyatları 9 milyard 472 milyon dollardır. Rəsmi göstəricilərə əsasən, 31.01.2015 tarixinə valyuta ehtiyyatları 12 milyard 680 milyon, 28.02.2015 tarixinə isə 11 milyard 4 milyon dollar təşkil edib. 
 
Qeyd edək ki, AMB-nin valyuta ehtiyyatları 30.12.2011 tarixindən bu yana ən aşağı göstəricidir.