Bakını “Istefa” şüarları bürüdü

Müxalifət paytaxtın ən müxtəlif yerlərində aksiya keçirdi; 50-dən çox aksiyaçı tutuldu

Ictimai Palatanın 19 iyun mitinqi “Nərimanov” kinoteatrının qarşısına təyin edilsə də, qurum dünənki aksiyanı Bakının müxtəlif yerlərində keçirdi. Ictimai Palata hərəkətə keçməzdən bir neçə saat əvvəl polis ölkənin müxtəlif bölgələrində müxalifət fəallarını nəzarətə götürərək onların aksiyaya qatılmasını əngəlləyirdi. Bundan başqa, polis Bakının mərkəzi hissələrini nəzarətə götürmüşdü. Daha çox qüvvə isə “Nərimanov” metrostansiyasının qarşısına cəlb edilmişdi.

   

Ilk aksiya Nərimanovda başladı

Aksiyaya da elə “Nərimanov” metrostansiyasının yaxınlığında start verildi. Saat 16.00-da metronun ətrafında bir qrup qadın şüar səsləndirməyə başladı. Polislər dərhal hücum edərək onlara mane oldular. Bir neçə qadın saxlanılaraq avtobusa mindirildi.
Bundan sonra polis Nərimanov meydanı ərazisində hərəkətə keçdi. Onlar vətəndaşları “Nərimanov” kinoteatrının qarşısından və parkdan uzaqlaşdırmağa başladılar.
Polislərin “təmizləmə” əməliyyatı zamanı yaşlı bir qadın zorakılığa məruz qaldı. Eyni zamanda, parkdan getmək istəməyən azyaşlı bir uşağı da məcburi şəkildə post patrul maşınına oturdub, aparmağa cəhd göstərdilər. Amma az sonra həmin uşaq sərbəst buraxıldı.

Gənclikdə “flaşmob”

Saat 16.45-də isə bir qrup gənc müsavatçı metronun “Gənclik” stansiyası yaxınlığında aksiya keçirdi. Aksiya zamanı gənclər “Azadlıq”, “Azad seçki”, “Həbsdə olanlara azadlıq” kimi şüarlar yazılmış plakatlar qaldırdılar.”Flaşmob” tipli aksiyada müsavatçı fəal Ramin Baxışov saxlanıldı.
Saat 17.50-də isə 10-dan artıq gənc “Nərimanov” metrostansiyasının ətrafında hərəkətə keçdi. Lakin polisin sərt müdaxiləsi ilə üzləşdilər. Aksiyanı zorakılıqla dağıdan polislər Müsavat başqanı Isa Qəmbərin oğlu Turqut Qəmbəri də həbs etdilər.
Saat 18.00-da Ictimai Palatanın fəalları Kukla Teatrının qarşısında “Azadlıq”, “Istefa” şüarları səsləndirməyə başladılar. Polis dərhal müdaxilə edərək, aksiya iştirakçılarını tutuqladı. AXCP sədrinin müavini Gözəl Bayramlı və partiya fəalları Aydın Əliyev, Məmməd Ibrahim, Mənsur Cəbrayılzadə, Kəmalə Xəlilova, Afina Əliyeva və IP üzvü Yeganə Əmiraslanova da polis maşınına əyləşdirilərək ərazidən uzaqlaşdırıldı.

“Neftçilər” və “Inşaatçılar”da “Azadlıq”, “Istefa” şüarları

Elə bu zaman xəbər gəldi ki, “Inşaatçılar” metrosu ətrafında əsasən AXCP Gənclər Komitəsinin fəallarından ibarət qrup aksiyaya başlayıb. Onlar “Azadlıq”, “Azad seçki” və “Istefa” şüarları səsləndirə-səsləndirə keçmiş “Qələbə” kinoteatrı qarşısındakı meydana tərəf gediblər. Onların arxasınca mülki geyimli təhlükəsizlik qüvvələri düşüb. Gəncləri saxlamaq mümkün olmasa da, bir nəfər – AXCP GK üzvü Elçin Əhmədov saxlanılaraq, Yasamal polisinə aparılıb.
Saat 18.40-da isə “Neftçilər” metrostansiyası qarşısında etiraz aksiyası keçirilib. Əraziyə cəlb olunmuş polis qüvvələri dərhal aksiyaçıları dağıtmağa başlayıb. Aksiyaçılar “Azadlıq!”, “Azad seçki!” şüarları səsləndirib. Məlumata görə, polis artıq 10 nəfəri saxlayıb. Saxlanılanlar arasında AXCP sədrinin müavini Asəf Quliyev və partiya fəalları Seymur Həziyev, Asif Yusifli, Elçin Dəmirov, Hidayət Süleymanov və Intiqam Mövlanov da var. Saxlanılanlar Nizami rayon 25-ci polis bölməsinə aparılıb.

19 iyun aksiyası qabağı saxlanılanlar:

AXCP

1. Mahir Qulubəyli
2. Sətdar Şahlarov
3. Tofiq Zeynalov
4. Sahib Rüstəmli
5. Əflatun Ağayev
6. Rövşən Sadıqlı

Müsavat

1. Elçin Səlimov
2. Rövşən Muradov
3. Isa Məmmədli

Ictimai Palatanın 19 iyuna elan etdiyi etiraz aksiyası zamanı saxlanılanlar:

AXCP

1. Gözəl Bayramlı (IP Qadınlar Şurasının sədri, AXCP sədrinin müavini)
2. Asəf Quliyev (AXCP sədrinin müavini)
3. Asif Yusifli (AXCP sədrinin müşaviri)
4. Məmməd Ibrahim (AXCP Ali Məclisinin üzvü)
5. Aydın Əliyev
6. Kəmalə Xəlilova
7. Afina Əliyeva
8. Şirinxanım
9. Nüşabə Qafarova
10. Şəkər Isgəndərli
11. Seymur Həziyev
12. Mənsur Cəbrayılzadə
13. Elçin Dəmirov
14. Elçin Əhmədov
15. Intiqam Mövlanov
16. Hidayət Süleymanov
17. Vaqif Xalıqov
18. Vüqar Qədirov
19. Elburus Məmmədov
20. Ramiz Əhədov
21. Iltifat Mehdiyev
22. Şakir Abbasov
23. Akif Ellazov
24. Xanlar Zülfüqarov
25. Ixtiyar Hüseynov
26. Şirəli Şirəliyev
27. Əlizadə Əhmədov
28. Cavanşir Hüseynov
29. Hacı Abbasov
30. Ilham Rəsulzadə
31. Viya Zöhrabov
32. Fərhad Əliyev
33. Əli Abdullayev
34. Şaiq Abdullayev
35. Təranə Cumayeva
36. Mübariz Kərimov
37. Qafqaz Məmmədov

Müsavat

1. Sevda Laçınlı
2. Vahid Abbasov
3. Ayaz Imranoğlu
4. Dünyaxanım Cərullayeva
5. Lətafət Məlikova
6. Arifə Huseynli
7. Rüxsarə Mehdiyeva
8. Ağası Şakiroğlu
9. Ramin Baxış
10. Həqiqət Əlizadə
11. Kənan Hacıəkbəroğlu
12. Mətin Nağıyev
13. Sənani Hüseynli
14. Yaşar Türk Azər
15. Tural Hacıbəyli

Başqa

1. Yeganə Əmiraslanova (IP üzvü)
2. Nüşabə Atakişiyeva (IP üzvü)
3. Turqut Qəmbər (“Nida” Gənclər Təşkilatı)

Tutulanlardan bir qismi sərbəst buraxılıb. Bakı polisinin məlumatına görə, onlardan 10 nəfərinin işi məhkəməyə göndərilib. Qəzet çapa gedən anda məlumat aldıq ki, işi məhkəməyə göndərilənlərdən AXCP fəalı Elçin Əhmədova 5 sutka inzibati cəza verilib.

“Azadlıq”ın reportyor qrupu