Ərdəbildə futboldan sonra milli şüarlar VİDEO

Bir neçə gün öncə Güney Azərbaycanın Ərdəbil şəhərində “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Öz dilində mədrəsə – Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlar səsləndirilib. Bu, aprelin 6-da (fərvərdinin 17-də) Ərdəbilin “Şəhrdari” futbol takımı ilə Əhvazın “Fulad” komandası arasında keçirilən yarışdan sonra baş verib. Ərdəbilin Təxti stadionunda keçirilən qarşılaşmada Azərbaycan komandası qələbə qazanıb.
Oyundan sonra 100 nəfərdən çox ərdəbilli soydaşımız Şəriəti meydanına toplaşıb və  “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Öz dilində mədrəsə – Olmalıdır hər kəsə” və s. kimi şüarlar səsləndirərək bu şəhərin Sərçeşmə meydanına tərəf hərəkət ediblər.
Şəhərdə milli şüarların eşidilməsindən sonra polis qüvvələri dərhal hərəkətə keçib və hadisə yerinə gəlib, lakin əhalinin sık və çox olması səbəbindən yığıncağa müdaxilə edə bilməyiblər (gunaz.tv).